Modern.az

Monitorinq Mərkəzi radio rəhbərləri və tanınmış aparıcıları bir araya gətirdi

Monitorinq Mərkəzi radio rəhbərləri və tanınmış aparıcıları bir araya gətirdi

Aktual

15 Fevral 2021, 11:04

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşəbbüsü ilə Radio yayım şirkətlərinin rəhbərləri və tanınmış aparıcılarla onlayn görüş keçirilib.
Modern.az-ın məlumatına görə, görüşdə Monitorinq Mərkəzi ilə radiolar arasında əməkdaşlığın və fikir mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb. Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva ədəbi dil normalarının qorunması məqsədi ilə  radiolarda keçiriləcək monitorinqlərin qaydaları barədə məlumat verib. Sevinc Əliyeva bildirib ki, Monitorinq Mərkəzinin əsas məqsədi dilimizin saflığını qorumaq və Azərbaycan dilinin düzgün tətbiqi məsələlərinə nəzarət etməkdir. Odur ki, digər sahələrdə olduğu kimi bu istiqamətdə radiolarla da birgə müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır. O, monitorinqlərlə yanaşı, radio  aparıcılarının nitqinin təkmilləşdirilməsi məqsədilə yaxın zamanlarda təlimlərin keçiriləcəyi barədə məlumat verib. Görüşdə radio rəhbərləri, aparıcılar əməkdaşlıqla bağlı öz fikir və təkliflərini bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu