Modern.az

Səfərbərlik Xidməti Milli Məclisin əməkdaşını təltif etdi - FOTO

Səfərbərlik Xidməti Milli Məclisin əməkdaşını təltif etdi - FOTO

15 Fevral 2021, 16:45

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Milli Məclisin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlovu təltif edib.

Z. Adıgözəlova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 9-cu ildönümü münasibətilə  və Vətən Müharibəsi dövründə arxa cəbhədə vətənpərvərlik işinin təbliğində xidmətlərinə görə Diplomu verilib. 

Modern.az-ın məlumatına görə, Zaur Adıgözəlovun “Ermənilərin Azərbaycanda mərhələli məskunlaşması”, “Amnesty Internationalın diqqətinə 10 prinsip”, “Beynəlxalq hüququn kağız üzərində olan ədaləti təmin olunur” və s. kimi 20 elmi - siyasi məqaləsi xarici və yerli elmi jurnallarda, o cümlədən tanınmış media orqanlarında dərc olunub.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu