Hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, sıxlıq səbəbindən müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.
Sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
1. Tbilisi prospekti -20 yanvar dairəsi və şəhər istiqamətində;
2. Ziya Bünyadov prospekti –20 yanvar dairəsi və şəhər istiqamətində;
3. Alı Mustafayev küçəsi -20 yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;
4. Koroğlu Rəhimov küçəsi –Heydər Əliyev prospekti və Həsən Əliyev istiqamətində;
5. Rəşid Behbudov küçəsində– nisbətən;
6. Heydər Əliyev prospekti –mərkəz istiqamətində köməkçi yol;
7. Mikayıl Useynov prospekti – Azneft dairəsi istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsində;
9. Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
10. Babək prospekti –Heydər Əliyev prospektinə düşən hissədə;
11. Binəqədi şossesi(Binəqədi istiqaməti) nisbətən sıxlıq müşahidə edilir.