Modern.az

“Koronavirusdan sağalmış şəxslər də peyvənd olunsun” - ÜST

“Koronavirusdan sağalmış şəxslər də peyvənd olunsun” - ÜST

Aktual

15 Fevral 2021, 19:19

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxub sağalmış şəxslərə peyvənd olunmağı tövsiyə edir.

Modern.az-ın məlumatına görə, bunu ÜST-ün baş elmi işçisi Sumya Svaminatan deyib.

 

Onun sözlərinə görə, virusa yoluxmuş şəxslərin böyük əksəriyyətində immun reaksiyası yaranır, amma bəzi şəxslərdə bu reaksiya zəif inkişaf edir:

"Söhbət xüsusilə, xəstəliyi simptomsuz keçirmiş şəxslərdən gedir. Bəzi hallarda xəstəlik zəif keçir və şəxs COVİD-19-a yoluxduğunu bilmir. Ona görə də ÜST yoluxub sağalmış şəxslərə də peyvənd olunmağı tövsiyə edir"

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?