Modern.az

Gənc qadın özünü Kürə atdı - FHN-in əməkdaşı xilas etdi

Gənc qadın özünü Kürə atdı - FHN-in əməkdaşı xilas etdi

16 Fevral 2021, 20:06

Fevralın 16-da Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərindəki körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, həmin vaxt təsadüfən ərazidə olan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmməd Dosməmmədov heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu