Modern.az

Soçidə Suriya böhranı müzakirə olunur

Soçidə Suriya böhranı müzakirə olunur

16 Fevral 2021, 21:30

Suriya böhranına dair “Astana prosesi”nin zəmanətçi ölkələri olan Türkiyə, İran və Rusiya nümayəndə heyətləri arasında Soçi şəhərində növbəti görüş başlayıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iki gün davam edəcək (16-17 fevral) görüşdə həmçinin BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin, eləcə də Suriyanın hökumət və müxalifətinin nümayəndələri iştirak edir.

 

Bundan əvvəl qapalı şəkildə bir neçə ikitərəfli görüşlər də keçirilib.

 

Danışıqlar zamanı Suriya böhranının siyasi həlli, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması, terrorçuluğa qarşı mübarizə, itkinlərin tapılması, ölkədə iqtisadi vəziyyət kimi məsələlər müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu