Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə magistral yolun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.
Avtomobil yolu qarşı tərəfə keçmək istəyən Qazax rayon Çaylı kənd sakini, 1991-ci il təvəllüdlü Firuzə Sanıyevanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır (report).