Avropa Dərmanlar Agentliyi (EMA) "Janssen" şirkətinin istehsalı olan koronavirusa qarşı peyvənd üçün müvəqqəti qeydiyyat icazəsinin alınması ilə bağlı müraciət alıb.
Modern.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, EMA-nın İnsan üçün Dərmanlar Komitəsi peyvəndin sürətlənmiş qrafiklə qiymətləndirilməsini həyata keçirəcək:
"Peyvəndin effektivliyi, təhlükəsizliyi və keyfiyyəti barədə şirkət tərəfindən vərilən məlumatlarının etibarlı olarsa və tam şəkildə təqdim edilərsə, komitə rəyini martın ortalarına qədər verə bilər".