Xəstəxanaya yerləşdirilən Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov artıq evə buraxılıb.
Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
S.Məmmədova bildirib ki, İ.İsmayılov işdən çıxan zaman yıxılıb və qabırğası çatlayıb. Onun sözlərinə görə, İ.İsmayılov xəstəxanaya yerləşdirilərək müayinədən keçib və lazımi tibbi yardım göstərilib.
Nazirlik rəsmisi qeyd edib ki, nazir müavini artıq evə buraxılıb: “Hazırda İsmayıl müəllim evdədir, vəziyyəti yaxşıdır, özünü yaxşı hiss edir və yaxın günlərdə işə çıxacaq”.
***
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.
Modern.az xəbər verir ki, bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib. Onun sözlərinə görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".
Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".