Modern.az

Evdən qızıl oğurlayan qadın saxlanıldı

Evdən qızıl oğurlayan qadın saxlanıldı

17 Fevral 2021, 13:55

Bərdə rayon sakini E.Vəliyevin evindən xeyli sayda qızıl-zinət əşyaları və 300 ABŞ dolları məbləğində pulu oğurlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini S. Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.  

 

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu