Modern.az

“Gəncədə yaşayış binalarına raket zərbələri endirildi” - Sarkisyandan ETİRAF

“Gəncədə yaşayış binalarına raket zərbələri endirildi” - Sarkisyandan ETİRAF

17 Fevral 2021, 14:57

Ötən il Qarabağ müharibəsinin sonlarına yaxın Ermənistan ordusu Şuşaya "İsgəndər" raketi ilə zərbə endirib.

 

Modern.az-ın məlumatına görə, bunu Ermənistan televiziyasına müsahibəsində ölkənin sabiq prezidenti Serj Sarkisyan deyib. O, Azərbaycanın cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib:

“Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Gəncədə aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...”

Eks-prezident bunu “böyük axmaqlıq” adlandırıb, 

 

O bildirib ki, "İsgəndər"in istifadə olunması barədə dəqiq məlumata malikdir.

Eyni zamanda S.Sarkisyan müharibə vaxtı erməni qoşunlarının Azərbaycanın neft-qaz kəmərlərinə zərbə endirməli olduğunu, amma cavab reaksiyası almaqdan qorxduqları üçün bunu etmədiklərini deyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu