Modern.az

“Sevgililər günü”nü qeyd edən 15 nəfər CƏRİMƏLƏNDİ

“Sevgililər günü”nü qeyd edən 15 nəfər CƏRİMƏLƏNDİ

17 Fevral 2021, 15:52

Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "Cənub” kafesində "14 fevral" günü ilə əlaqədar 15 nəfər şəxsin həmin günü qeyd etmələri aşkarlanıb.

 

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu