Modern.az

Dünya Bankından Azərbaycanda inflyasiya ilə bağlı PROQNOZ

Dünya Bankından Azərbaycanda inflyasiya ilə bağlı PROQNOZ

17 Fevral 2021, 18:55

2020-ci ilin sonunda Azərbaycanda inflyasiya 2,7 faizədək artsa da, Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı olub.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dünya Bankının aylıq hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2020-ci ilin dekabrında ərzaq qiymətləri 1,8 bahalaşsa da, qeyri-ərzaq məhsulları və xidmətlərin qiyməti dəyişməz qalıb.

 

Bundan başqa, qeyd olunur ki, benzin və dizel yanacağının eləcə də su tariflərinin artırılması gələcəkdə qiymət artımına gətirə bilər. İnflyasiya isə Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində qalacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu