Modern.az

Avropa Məhkəməsi Navalnının dərhal azad olunmasını tələb etdi  

Avropa Məhkəməsi Navalnının dərhal azad olunmasını tələb etdi  

Aktual

18 Fevral 2021, 01:34

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyadan həbs olunan müxalifətçi Aleksey Navalnının dərhal azad olunmasını tələb edib.

 

Modern.az xəbər verir ki, AİHM-dən verilən açıqlamada bildirilib ki, Rusiya Navalnının saxlanılma şəraiti və həyatının risk altında olub-olmaması ilə bağlı məlumat verməlidir. 

 

Vurğulanıb ki, Navalnı fevralın 3-də məhkəməyə bildirib ki, Rusiyanın gördüyü tədbirlər onun həyatı və sağlamlığı üçün kifayət etmir. Bu səbəbdən Rusiya Navalnını dərhal azad etməlidir.

 

Qeyd edək ki, Aleksey Navalnı fevralın 2-də "İv Roşe" işi üzrə məhkəmə tərəfindən 3,5 illik həbsə məhkum edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu