Modern.az

Bakının bu rayonunda içməli su kəsiləcək

Bakının bu rayonunda içməli su kəsiləcək

Aktual

18 Fevral 2021, 11:12

Bu gün Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC -dən Modern.az-a verilən məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzadır. Qəza aradan qaldırılır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu