Cəmiyyətdə baş verən nöqsanları, yanlışlıqları üzə çıxarmaq ictimai nəzarət funksiyasını yerinə yetirən təşkilatların ən mühüm vəzifələrindəndir. Bəs Azərbaycandakı ictimai təşkilatlar bu məsələ ilə yetəri qədər məşğul olurmu?
Bu barədə Modern.az-a danışan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev bildirib ki, ictimaiyyətdə yaranan problemlər Şuranın nəzarəti altında saxlanılır :
“Bizim nizamnaməmizdə ictimai nəzarət haqqında bir müddəa olmasa belə, qanunlarımızda ictimai təşkilatların bu funksiyanı yerinə yetiməli olduğu qeyd olunub. Buna baxmayaraq biz gələcəkdə məsələ ilə məşğul olacağıq və artıq bunu proqramlaşdırırıq”.
Eldar Quliyev yaxın zamanda Ağsaqqallar Şurasının bölgələrdə yeni seçkilər keçirəcəyini də elan edib.
“Pandemiya ilə əlaqədar olaraq rayonlarımızda seçkilərin keçirilməsində bəzi məhdudiyyətlərlə üzləşmişik. Lakin Lənkəranda səsvermə aparılmasına nail olduq. Yaxın zamanda Yevlaxda da seçkilər keçiriləcək . Gələcək fəaliyyətimizlə bağlı 3 illik proqramımız artıq hazırdır. Konkret olaraq hansısa rayonumuzda problem yaranarsa, bizlər digər ictimai təşkiların üzvləri ilə birgə məsələni nəzarət altında saxlayacağıq. Yaranan problemin həlli üçün araşdırmalar aparılacaq. Fərqli bölgələrimizdə əsasnamələr qəbul olunub, Şurada təsdiq edildikdən sonra ictimai nəzarət ilə bağlı fəaliyyətimizi genişləndirəcəyik.”
Fidan ƏLİ