Modern.az

Cinayət törədən qadınlar və uşaqlar: birincilər azalıb, ikincilər artıb

Cinayət törədən qadınlar və uşaqlar: birincilər azalıb, ikincilər artıb

Aktual

18 Fevral 2021, 12:17

Ötən il 17482 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 13594 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.

 

Modern.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi məlumatlarına istinadən xəbər verir ki, cinayət məsuliyyətinə cəlb olunmuşların 61,5 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 19,9 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

 

Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 2,2 faiz təşkil edib. 2019-cu il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 16,4 faiz azalıb, 14-17 yaşda olan uşaqların sayı isə 0,3 faiz artıb.

 

2020-ci ildə qeydə alınmış cinayət hadisələrinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, onların da 55,9 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 36,1 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,2 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizi isə digər cinayətlərdir.

2020-ci ildə qadınlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı müvafiq olaraq 7,0 faiz və 9,3 faiz, yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş cinayətlərin sayı isə müvafiq olaraq 26,8 faiz və 12,9 faiz azalıb. Əvvəlki illə müqayisədə qadınların və yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilmiş cinayətlərin sayında da müvafiq olaraq 26,6 faiz və 1,8 dəfə azalma müşahidə olunub.

 

Qeydə alınmış 1260 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17,0 faiz və 1,6 dəfə çoxdur. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 87,9 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 2,1 faizi isə digər cinayətlərə aiddir.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub ki, onların da 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (onlardan 41-i qadın) olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu