Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında avtobusun piyadanı vurmasıyla bağlı məsələyə araşdırılıb.
Bak Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, hadisə özəl şirkətlərdən birinə məxsus xidməti avtobusun iştirakı ilə baş verib:
“Yəni ötən gün qeyd olunan ərazidə müntəzəm və ekspress xətlər üzrə sərnişin avtobuslarının iştirakı ilə piyada vurulması halı olmayıb”.