Modern.az

Dövlət Xidməti sayğaclarla bağlı narazılığa aydınlıq gətirdi

Dövlət Xidməti sayğaclarla bağlı narazılığa aydınlıq gətirdi

18 Fevral 2021, 13:44

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azəriqaz” İstehsalat Birliyinin quraşdırdığı yeni qaz sayğaclarıyla bağlı istehlakçılarda yaranan narazılığa aydınlıq gətirib.

 

Modern.az-ın məlumatına görə, Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb:


“Tabeliyimizdə olan qurum var, Azərbaycan Metrologiya İnstitutu. Metrologiya İnstitutu bütün ölçmə vasitələrinin yoxlaması ilə məşğuldu və “Azəriqaz”ın sayğacları quraşdırılmazdan qabaq onların hamısı bu stendlərdə testlərdən keçib və o testlər düzgün olduqda onlar quraşdırılır. Ona görə bu sahədə biz də yoxlama aparmışıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu