Modern.az

6 sahibkarın qeydiyyata alınmasından imtina olundu

6 sahibkarın qeydiyyata alınmasından imtina olundu

18 Fevral 2021, 17:55

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

 

Modern.az xəbər verir ki, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

 

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

 

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

ADİL MÜSLÜMOV SADAY OĞLU

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

2

ELMAR-94 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

İlkin istehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

3

QULU MƏMMƏDQULİYEV ƏHLİMAN OĞLU

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

4

AYAZ ALLAHVERDİYEV ALLAHVERDİ OĞLU

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir

5

ANAR İSMAYILOV İSMAYIL OĞLU

Topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

6

LƏTİF LƏTİFOV QİNYƏT OĞLU

Qablaşdırma

Sahibkar hal-hazırda fəaliyyət göstərmir

 

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu