Modern.az

Zaxarova Qarabağdakı son vəziyyətdən danışdı

Zaxarova Qarabağdakı son vəziyyətdən danışdı

18 Fevral 2021, 18:46

Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınmayıb, son günlərdə sabitlik qorunub saxlanılır.

 

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

 

O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin hərbçiləri 27 müşahidə postunda vəziyyətə nəzarət edir və ərazinin partlayıcı maddələrdən təmizlənməsini həyata keçirir.

 

M.Zaxarova xatırladıb ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli bəyanatlarının icrası Rusiya prezidentinin Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə telefon danışıqları zamanı müzakirə olunub: "Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində işlər davam etdirilir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu