Modern.az

Lavrovla Çavuşoğlu telefonda danışdı

Lavrovla Çavuşoğlu telefonda danışdı

18 Fevral 2021, 19:38

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novost"i məlumat yayıb.

 

Agentliyin Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata əsasən, XİN başçıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında fevralın 18-də baş tutan telefon danışığında gündəmə gələn məsələləri müzakirə ediblər.

 

Nazirlər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ məsələsini, Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, həmçinin Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu