Cəlilabadda məktəb direktoru vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Rayon Təhsil Şöbəsi məlumat yayıb. Bildirilir ki, rayonun Maşlıq kənd tam orta məktəbinin direktoru Nəsirov İsrəfil Məmməd oğlu vəfat edib.
“Cəlilabad RTŞ-nin kollektivi və rayonun təhsil ictimaiyyəti adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik”, - deyə qeyd olunub.