Modern.az

Cüdoçumuz “Böyük dəbilqə”də qızıl medal qazandı

Cüdoçumuz “Böyük dəbilqə”də qızıl medal qazandı

18 Fevral 2021, 20:20

Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Davud Məmmədsoy qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində gücünü sınayan cüdoçumuz bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə Gürcüstan təmsilçisi Temur Nozadze ilə mübarizə aparan D.Məmmədsoy onun üzərində inamla qələbə qazanaraq birinci yeri tutub.

 

Qeyd edək ki, turnirin birinci günündə 7 cüdoçumuz mübarizəyə qoşulub.

Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu