Modern.az

“Dinamo” “Brügge” ilə bacarmadı - Avropa Liqası

“Dinamo” “Brügge” ilə bacarmadı - Avropa Liqası

18 Fevral 2021, 21:01

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, açılış oyunu Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" ilə Belçika "Brügge"si arasında keçirilib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Hesabı 62-ci dəqiqədə meydan sahiblərindən Mixail Buyalski açıb. Bundan 5 dəqiqə sonra Brendon Mexele bərabərlik qolunu vurub. Cavab görüşü fevralın 25-də keçiriləcək.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin daha 8 oyunu Bakı vaxtı ilə saat 21:55-də, 7 qarşılaşması isə gecəyarısı başlanacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu