Modern.az

Millimizdən İspaniyaya biabırçı məğlubiyyət - 0:13

Millimizdən İspaniyaya biabırçı məğlubiyyət - 0:13

18 Fevral 2021, 22:11

Qadınlardan ibarət futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. "ASK Arena"dakı qarşılaşma qonaqların 13:0 hesablı qələbəsi ilə başa çatıb.

 

İspaniya seçməsinin heyətində qolları 21, 24, 30, 31 və 87-ci dəqiqələrdə Ester Qonsales, 33, 43, 67, 82 və 90+3-cü dəqiqələrdə Cennifer Hermoso, 57-ci dəqiqədə Mariona Kaldentey, 75-ci dəqiqədə Eva Navarro və 84-cü dəqiqədə Neraya Eysagirre vurub.

 

Bu nəticədən sonra xallrını 19-a çatdıran ispaniyalılar final mərhələsinə vəsiqəni təmin ediblər. Xalı olmayan Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv isə sonuncu pillədə qalıb.

 

Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu