Modern.az

Anasını bıçaqlamaq istədi, bacısına dəydi

Anasını bıçaqlamaq istədi, bacısına dəydi

18 Fevral 2021, 22:49

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az "report"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu 1-ci Mədən, korpus 43 ünvanında qeydə alınıb.

 

1986-cı il təvəllüdlü Husayen Gülxanım Arif qızı bıçaq xəsarəti alıb. Bildirilir ki, hadisəni törədən onun qardaşı olub.

 

Belə ki, oğul anasına bıçaq zərbəsi endirmək istəyən zaman H.Gülxanım araya girib və zərbə ona dəyib.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu