Modern.az

NATO İraqdakı hərbçilərinin sayını 8 dəfə artırır

NATO İraqdakı hərbçilərinin sayını 8 dəfə artırır

18 Fevral 2021, 23:27

NATO müdafiə nazirləri videokonfrans formatında keçirilən iclasda alyansın İraqdakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.

“İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaqla bağlı qərar verdik. Bu, bir neçə ay ərzində, mərhələli şəkildə həyata keçiriləcək. NATO hərbçiləri təlim statusunu qoruyacaq, döyüş əməliyyatlarında iştirak etməyəcək”-deyə, Stoltenberq vurğulayıb.

 

Baş katib əlavə edib ki, NATO-nun İraqdakı genişləndirilmiş missiyasına rəhbərliyi Danimarka edəcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu