Modern.az

Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu

Beş il övlad həsrəti çəkən şəhidimizin qızı oldu

19 Fevral 2021, 12:36

Daha bir şəhidin övladı dünyaya gəlib.

 

Modern.az Oxu.az-a istinadən xəbər verir ki,  beş il övlad həsrəti çəkən və Vətən müharibəsində şəhid olmuş baş leytenant Ağaqardaş Abbasovun qız övladı doğulub.

 

O, şəhidlik zirvəsinə ucalmadan əvvəl doğulacaq körpəsinə İlknur adını qoyubmuş. 

 

Qeyd edək ki, A.Abbasov ötən ilin sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək, şəhid olub. Doğulduğu Zərdab rayonunda dəfn edilib.

 

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ağaqardaş Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal