Modern.az

Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

Azərbaycanda çalışan əcnəbilərin sayı açıqlandı

20 Fevral 2021, 11:30

Azərbaycanda çalışan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb.

 

Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, 2020-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5287 nəfər olub.

 

Qeyd edilən şəxslərin hər birinə qeyd edilən fəaliyyət sahələrində məşğul olmaq üçün iş icazələri verilib.


Onlardan 29,2 faizi tikintidə, 23,2 faizi mədənçıxarma sənayesində, 9,5 faizi emal sənayesində, 6,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,6 faizi təhsil və 20,6 faizi digər sahələrdə çalışıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal