Modern.az

Tovuzda ağır avtoqəza - 1 ölü, 3 yaralı var

Tovuzda ağır avtoqəza - 1 ölü, 3 yaralı var

21 Fevral 2021, 21:40

Tovuzda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə “Tovuz Park”ın qarşısında qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub.

Qəza zamanı 1986-cı il təvəllüdlü Məmmədov Məqsəd Sabir oğlu vəfat edib. Üç nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal