Modern.az

Azərbaycanda ov icazələrinin verilməsi bu tarixdən dayandırılır

Azərbaycanda ov icazələrinin verilməsi bu tarixdən dayandırılır

Aktual

22 Fevral 2021, 13:06

Azərbaycanda 2020-2021-ci illər üzrə ov mövsümü fevralın 28-də başa çatacaq.

 

Modern.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

 

O qeyd edib ki, artıq fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq:

 

"Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır. Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur".

 

F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb: “Növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal