Modern.az

\"Sədərək\"də fəhlə faciəvi şəkildə öldü

\

22 Fevral 2021, 13:30

"Sədərək" Ticrət Mərkəzində ölüm hadisəsi baş verib.

 

Mərkəzdən Modern.az-a verilən məlumata görə, hadisə bazar ərazisində aparılan tikinti işləri zamanı baş verib. Mağazalardan birində baş verən hadisə nəticəsində orada fəhlə işləyən Bakı şəhər sakini Qayim Burcəliyev hündürlükdən yıxılaraq ağır kəllə beyin travması alıb.

 

Yaralı hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal