Modern.az

Ağsu futbol komandası yaradıb - Klub Beyləqanda qələbə qazandı

Ağsu futbol komandası yaradıb - Klub Beyləqanda qələbə qazandı

Aktual

22 Fevral 2021, 13:48

Bu gün Beyləqan Olimpia İidman Kompleksinin stadionunda “Mil” (Beyləqan) və yeni yaradılmış “Neftçi İK” (Ağsu) komandaları yoxlama görüşü keçiriblər. Gərgin keçən oyunda “Neftçi İK” komandası 3-0 hesabı ilə qələbə qazanıb. Hər 3 qolun müəllifi Elmir Səmədzadə olub.
Oyun öncəsi hər iki komanda Qarabağ muharibəsi şəhidlərinin məzarını yad edib.

“Neftçi İK Ağsu”nun rəhbəri Elnur Alıyevin dediyinə görə, komanda yeni yaranmasına baxmayaraq, qələbə əzminə, ruh yüksəkliyinə sahibdir.

“Qarşıya qoyduğumuz məqsəd 1-ci divizionda və Premyer liqada Agsunu təmsil etməkdi”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal