Modern.az

Məcburi köçkünlər arasında sorğu keçirilir

Məcburi köçkünlər arasında sorğu keçirilir

Aktual

22 Fevral 2021, 15:28

Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir.

 

Modern.az xəbər verir ki, sorğuda UNEC-in məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.

 

Sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları və cavabları məxfi qalacaq.

 

Sorğuya keçid üçün: //sorgu.ada.edu.az/

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal