Modern.az

Yas mərasimi təşkil edən 9 nəfər cərimələndi

Yas mərasimi təşkil edən 9 nəfər cərimələndi

Aktual

22 Fevral 2021, 16:18

Ağsu Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb və xüsusi karantin rejimi qaydalarını pozduqları üçün 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal