“Barselona”nın ulduz futbolçusu Lionel Messi İspaniya La Liqasında “Kadiz”ə qarşı oyunda fərqlənməklə qol vurduğu ispan komandaların sayını 38-ə çatdırıb.
Argentinalı hücumçu həmçinin klub karyerasında 81-ci rəqibə qol vurub.
Modern.az Lionel Messinin 17 illik peşəkar karyerasında qarşılaşdığı, amma qol vura bilmədiyi komandaları təqdim edir:
- "İnter Milan"
- "Rubin Kazan"
- "Benfika"
- "Xerez"
- "Əl-Sədd"
- "Qramenet"
- "Mursia"
- "Udineze"
Qeyd edək ki, Lionel Messi "Barselona" forması ilə çıxdığı 761 rəsmi oyunda 655 qol vurub.
T.İSMAYIL