Modern.az

Bu şirkətlər birgə peyvənd istehsal edəcək

Bu şirkətlər birgə peyvənd istehsal edəcək

Aktual

22 Fevral 2021, 21:28

Fransanın “Sanofi” əczaçılıq şirkəti Lion şəhərindəki müəssisəsində ABŞ-ın “Johnson & Johnson” şirkətilə birgə koronavirusa qarşı peyvəndin istehsalına başlayacaq.

 

Modern.az xəbər verir ki, “Sanofi”nin açıqlamasına görə, həmin müəssisədə “Janssen” peyvəndinin istehsalına dair müqavilə imzalanıb.

 

Müqavilə çərçivəsində ayda 12 milyonadək doza peyvəndin istehsal olunacağı bildirilir.

 

Daha əvvəl “Sanofi” “Pfizer”-“BioNTech” peyvəndinin də 125 milyon dozasının istehsalı və tədarükündə iştirak etməsilə bağlı müqavilə imzalamışdı. “Sanofi” öz istehsal etdiyi dərmanı isə cari ilin payızında təqdim etməyi nəzərdə tutur.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal