Modern.az

Lənkəranda karantin qaydalarını pozan daha 2 obyekt cərimələndi

Lənkəranda karantin qaydalarını pozan daha 2 obyekt cərimələndi

23 Fevral 2021, 10:40

Lənkəranda gecə saat 12-dən sonra fəaliyyət göstərən obyektlər müəyyən edilib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayonun Digah kəndində yerləşən “Zəm-Zəm” çay evinin karantin rejimi qaydalarına zidd olaraq qəlyan xidməti göstərdiyi, Vilvan kəndində yerləşən digər bir çay evinin isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

 

Həmin obyektlərlə bağlı 3 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal