Modern.az

“Azəriqaz” rəhbəri canlı yayımda abonentlərin suallarını cavablandırdı - VİDEO

“Azəriqaz” rəhbəri canlı yayımda abonentlərin suallarını cavablandırdı - VİDEO

24 Fevral 2021, 00:32

Fevral ayının 23-də gecə saat 23:00-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsindən canlı yayım təşkil edib. Baş direktor havaların kəskin dəyişməsi ilə bağlı qaz təchizatında yaranan problemləri abonentlərdən özü dinləyib. 

 

Modern.az xəbər verir ki, təqribən 40 dəqiqə davam edən yayım zamanı respublikanın ayrı-ayrı yaşayış məntəqələrindən müxtəlif səpkili müraciətlər səsləndirilib. Ruslan Əliyevlə bağlantıya 7 minə yaxın “Facebook” izləyicisi qoşulub. 703 rəy yazılıb. Statistik analiz göstərir ki, bir çox abonent qazın təzyiqindən razı idi. Bəzi yerlərdə isə xırda problemlər müşahidə olunurdu. Canlı yayıma Birliyin bütün əlaqədar strukturlarının rəsmi şəxsləri də qoşularaq, abonentlərin qarşılaşdıqları çətinliklər barədə yazılan şərhləri dərhal qeydiyyata alıb.

 

Bu gün də səhər saatlarında abonentlərə “Facebook” sosial şəbəkəsi üzərindən bir daha qaz təchizatına dair yarana biləcək çətinliklə bağlı “Azəriqaz” İB-ni məlumatlandırmaları xahiş olunub.

 

Çağrı Mərkəzi: 104/185. Whatsapp nömrəsi: 077 3 104 104.

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal