Modern.az

Yoldan çıxan avtomobil qaz xəttinə çırpılıb

Yoldan çıxan avtomobil qaz xəttinə çırpılıb

24 Fevral 2021, 10:19

Xaçmaz rayonu, Xudat şəhəri ərazisində qarlı hava şəraitində idarəetmədən çıxan avtomobil qaz şəbəkəsinə də ziyan vurub.
Azəriqaz-dan Modern.az-a bildirilib ki, 3 kənddə xidmət göstərən diametri 57 mm olan qaz xəttini minik avtomobili zədələyib. Mindən çox abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Xaçmaz Regional qaz istismarı İdarəsinin əməkdaşları təcili tədbirlər görür ki, qazın verilişi tez bir zamanda təmin edilsin.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal