Yol və meteoroloji şərait nəzərə alınmadığından paytaxtda 24 yol nəqliyyat hadisəsi baş verib. Hələlik ölən və yaralananlar barədə məluat dəqiqləşdirilir.
Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Hazırda Bakıda külək və şaxta ilə müşahidə edilən yağıntının olduğunu diqqətə çatdıran V.Əsədov sürücülərə müraciət edib:
“Xahişedirik, yol qəza hadisələrinin baş verməməsi üçün şəxsi avtomobillərdən istifadə etməyək. Yol və meteoroloji şərait nəzərə alınmadığı üçün maddi zərərlə nəticələnən yol qəza hadisələri baş verib. Texniki cəhətdən nasaz avtomobillərin idarə edilməsi yolların hərəkət hissəsində qalmasına və digər avtomobillərin hərəkətinə maneə yaradıb. Sürət həddinə, ara məsafəsinə, istismar edilən avtomobillərin təkərlərinin mövsümü təkər olmasına diqqət yetirək”.