Modern.az

Bakıda köçkün yataqxanasındakı yanğın söndürüldü - YENİLƏNİB

Bakıda köçkün yataqxanasındakı yanğın söndürüldü - YENİLƏNİB

24 Fevral 2021, 11:00

Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, binanın damında başlayan yanğın tez bir zamanda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

***

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yanır.

FHN-dən Modern.az verilən məlumata görə, hadisə Yasamal rayonu, Tbilisi prospekti ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada qeydə alınıb.

Yanğın binanın dam örtüyündə baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal