Modern.az

9 ildir Bakıda belə sərt hava olmayıb

9 ildir Bakıda belə sərt hava olmayıb

24 Fevral 2021, 12:10

Son illər Bakıda fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdı.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a bildirilib ki, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb.

Nazirlikdən deyilib ki, son 9 ildə Bakıda ən aşağı temperatur göstəricisi qeydə alınıb.

 

2012-ci ildə havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da indiyə kimi rekord göstərici idi.

Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.

Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq.

 

 

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal