Modern.az

Leriklilər Qarabağın cənnətə çevrilməsində Prezidentə dəstəkdirlər 

Leriklilər Qarabağın cənnətə çevrilməsində Prezidentə dəstəkdirlər 

25 Fevral 2021, 11:15

Bildiyiniz kimi fevralın 14-də Prezident İlham Əliyev, Birinci birinci-vitse prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər ediblər. Ölkə başçısının Müzəffər Ali Baş Komandan kimi Qarabağ səfəri hər bir vətəndaşı qürurlandırıb. Bölgələrdə yaşayan insanlar ölkə başçısının işğaldan azad edilmiş səfərlərini sevgilə izlədiklərini bildiriblər.

 

Modern.az xəbər verir ki, Lerik şəhərinin sakinləri Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Zəfər qələbəsinin tarix yazdığını qeyd edirlər.
Lerik şəhər sakini, şəhid atası Mükafat Yaqubov şəhid atası kimi hər zaman şəhidlərimizin xatirəsini yad edəcəyini bildirib:

 

 

“Ali baş Komandanımız cənab İlham Əliyevin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri, işğaldan azad edilmiş Qarabağ torpaqlarında quruculuq və bərpa işlərinin görülməsi istiqamətində atdığı uğurlu addımlar bir şəhid atası kimi məni də qürurlandırır. Oğlum, baş leytenant Əliqismət Yaqublu Qarabağ uğrunda Vətən Müharibəsinin ilk günündən döyüşlərə atılmış, Murovdağın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının, Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş, Şəhidlik zirvəsinə ucalmışdır. İnanıram ki, yenidən cənnətə çevriləcək Qarabağ torpaqlarını bir şəhid atası kimi mən də ziyarət edib bu torpaqlarda qanı ilə tarix yazan şəhidlərimizin xatirəsini ehtiramla yad edəcəyəm”.


Lerik rayonu, Günəşli kənd sakini Aytac Abbasbəyli deyib ki, müzəffər Ordumuzun qalib Sərkərdəsi İlham Əliyev bu yaxınlarda işğaldan azad edilmiş rayonlarımıza səfər edərkən böyük qürur hissi ilə “Bizim Qələbəmiz tarixi Qələbədir”-deyib:

 

 

“Biz tarixi ədaləti bərpa etdik. Biz şəhidlərimizin qanını aldır, biz düşməndan qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik.” Bəli, zəfər tariximizi yazan ölkə rəhbərinin erməni qəsbkarları tərəfindən dağıdılaraq viran qoyulmuş şəhər və kəndlərimizin bərpasına yönələn bu ilk mətin addımlar bir vətəndaş olaraq məndə də böyük ruh yüksəkliyi yaradıb. Qarabağın dirçəldilməsinə biz gənclər də öz töhfəmizi verməyə hazırırq”.

 

Lerik şəhər sakini Bahar Mürsəliyeva ölkə başçısına hər zaman duaçı olacaqlarını vurğulayıb:

 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il fevralın 14-də işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri maraqlı və diqqət çəkən məqamlarla yaddaşlara həkk olundu. Ali Baş Komandan dağıdılmış kəndlərin və şəhərlərin bərpası, “yaşıl enerji” zonasının yaradılması, Vətən müharibəsində tarixi zəfər qazanılması, erməni vandalizminin nəticələri, keçmişin acı səhvləri haqqında məlumat verərək qarşıdakı dövr üçün konkret vəzifələr müəyyənləşdirdi. Möhtərəm Prezident bu dəfəki səfərində ermənilərin törətdiyi vandalizm aktlarına da geniş toxundu. Bu vandalizm hərəkətlərinin nəticələri nə qədər ağır olsa da tarixi, dini və mədəni abidələrimizin bərpası istiqamətində mərhələli şəkildə işlər görüləcəkdir. Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ torpaqlarına növbəti səfəri zamanı bu barədə əminliklə bildirib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...