Modern.az

“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi çəkilib - VİDEO

“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” filmi çəkilib - VİDEO

25 Fevral 2021, 14:24

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Xocalı Nişanəsi” bədii-sənədli qısametrajlı filmi təqdim edilib.


Modern.az
-ın məlumatına görə, filmdə   Xocalıda qətlə yetirilən 5 yaşlı naməlum qızın hekayəsindən söhbət açılır. “Xocalı Nişanəsi” kimi tanınan qızcığaz Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda amansızlıqla qətlə yetirilən 63 uşaqdan biridir. O, bütün ailəsi ilə birgə qətlə yetirilmiş və onun kimliyini müəyyənləşdirmək mümkün olmamışdır.  


Filmin müəllifi əməkdar jurnalist Mübariz Əsgərov, rejissoru Elçin Elxan, operatoru Əhməd  Barasov, bəstəkarı Azər Hacıəsgər, qrafikaçısı İlkin Turan, rəssamı Vüqar Qurbanovdur.


“Xocalı Nişanəsi” kimi tanınan 5 yaşlı naməlum uşağın hekayəsi Ermənistan silahlı qüvvələrinin bəşəriyyətə qarşı cinayətini əks etdirir. Ermənistan törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcək!


“Xocalı Nişanəsi” adlı qısametrajlı film ilə “Xocalıya Ədalət” kampaniyasının saytından (//justiceforkhojaly.org), o cümlədən aşağıdakı sosial şəbəkə hesablarından tanış ola bilərsiniz:


Facebook EN: //www.facebook.com/JFKCampaign


Facebook AZ: //www.facebook.com/Xocalıya-Ədalət-Kampaniyası-439331242905121/


Instagram: //www.instagram.com/justice.for.khojaly/


Twitter: //twitter.com/khojaly_justice


Telegram: //t.me/JusticeForKhojaly


Youtube: //bit.ly/2NpEkzK

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...