Modern.az

Çavuşoğlu Ermənistanda dövlət çevrilişinə cəhdi pislədi

Çavuşoğlu Ermənistanda dövlət çevrilişinə cəhdi pislədi

Aktual

25 Fevral 2021, 15:14

Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

O, bildirib ki, harada olursa-olsun, Türkiyə çevrilişlərə qarşıdır.

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

 

N.Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd kimi qiymətləndirib. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi