Modern.az

Niderlandda \"Xocalıya ədalət!\" poçt markaları buraxıldı

Niderlandda \

25 Fevral 2021, 21:55

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub.

 

Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə  göndərəcəklər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...