Modern.az

ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama

ABŞ İrana qarşı sanksiyaları yumşaltmayacaq - Ağ Evdən açıqlama

26 Fevral 2021, 23:45

ABŞ İranla diplomatik təmaslara açıqdır, lakin rəsmi Tehrana qarşı tətbiq olunan birtərəfli sanksiyaları yumşaltmaq niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

 

Onun sözlərinə görə, ABŞ İranla beynəlxalq ictimaiyyətin Tehranın nüvə proqramı ilə bağlı narahatlığını aradan qaldırmağa yönələn “beş üstəgəl bir” qrupu kontekstində danışıqlar masasında əyləşə bilər:

 

“Lakin sanksiyaları yumşaltmaq istiqamətində addım atmayacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama