Modern.az

İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində

İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində

1 Mart 2021, 23:56

Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri (KİV) üçün keçirdiyi mətbuat konfransı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

 

Modern.az-ın məlumatına görə, bu ölkənin “marneulifm.ge” informasiya portalı AZƏRTAC-a istinadla Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransını tam şəkildə oxucuların diqqətinə çatdırıb.

 

Bundan başqa, “report.ge”, “aktual.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge”, “1tv.ge” və digər portallar Azərbaycan Prezidentinin söylədiyi müxtəlif fikirlər barədə məlumatlar yayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama